ABŞ-dan Türkiyəyə GÖZLƏNİLMƏZ TƏKLİF: Ərdoğan düşünmədən RƏDD ETDİ
8 İyun 2021 15:30 DünyaABŞ S-400 müdafiə sistemləri ilə bağlı Türkiyəyə yeni təklif irəli sürüb.
Olaylar.az xəbər verir ki, iddialara görə, ABŞ-ın təklifi belə olub:
1. ABŞ hökuməti Türkiyədən S-400 müdafiə sistemlərini işə salmadığına və salmayacağına dair yazılı təminat istəyib.
2. ABŞ bu yazılı təminatı Konqresə təqdim edərək, Türiyəyə qarşı bütün sanksiyaları ləğv edəcək.
3. S-400 müdafiə sistemlərinin işə salınmadığı amerikalı hərbçilər tərəfindən yoxlanılacaq. Bu yoxlama mexanizmi yazılı təminatda yer almalıdır.
Məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan təklifi rədd edib. Türkiyə dövləti bu təklifi ölkənin suveren hüquqlarının pozulması kimi dəyərləndirib.metbuat/az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31