Bu hadisəyə inanmadılar: 24 min il sonra dirildi - FOTO

Sibirdə 24 min il əvvəl donan çox hüceyrəli canlı "Bdelloid rotifer" yenidən həyata qayıdıb.

Olaylar.az xəbər verir ki, 24 min il donaraq həyatda qalan "Bdelloid rotifer" alimlərin səyi nəticəsində həyata qayıdandan öz-özünə çoxalmağa başlayıb. Bu nəticə elm adamlarını təəccübləndirib. Rusiyalı alimlərin sözlərinə görə, bu nəticə çox hüceyrəli canlı orqanizmlərin dondurulub saxlanılaraq illər sonra həyata qaytarıla biləcəyini ortaya qoyur.

Qeyd edək ki, bundan əvvəl canlılar 10 min ilə qədər donmuş halda yaşaya biləcəyi irəli sürülmüşdü.

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31