Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Pakistanın Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.
8 İyun 2021 11:31 DünyaPakistanın Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə baş verən vaxt avtobusda 18 nəfər olub.
Xilasedicilər hələ ki, sudan yalnız bir nəfərin cəsədini çıxara biliblər.
17 sərnişin itkin düşmüş hesab olunur. Axtarışlara peşəkar dalğıclar iştirak edirlər.
İlkin məlumata görə, sürücü kəskin dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31