Qızının paltarlarını geyinib məktəbə getdi: Müəllimlər fərqinə varmadı - 30 yaşlı ana ölkəni ayağa qaldırdı / FOTOLAR

ABŞ-ın Texas ştatında 30 yaşlı qadın qızının geyimlərindən və sənədlərindən istifadə edərək onun təhsil aldığı məktəbə daxil olub.

Olaylar.az xəbər verir ki, qadının sözlərinə görə, o belə addım atmaqla məktəbin təhlükəsizlik sistemini yoxlamaq istəyib. 13 yaşlı qızı kimi bəzənən ana hətta bir neçə dərsdə də iştirak edib. Valideyn məktəbdən video çəkərək paylaşıb.

Video paylaşılandan sonra müəllimlərdən biri məsələnin fərqinə varıb və rəhbərliyə müraciət edib. Polis qadını nəzarətə götürüb. Qadının bu addımı ölkədə məktəblərin təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib. Araşdırma davam edir. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31