Məşhur fenomen xərçəngdən öldü - FOTOLAR
7 İyun 2021 15:10 DünyaKoreyalı fenomen Daun Lee (əsl adı Lee Jung-Joo) vəfat edib.
Olaylar.az Axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkə paylaşımları ilə tanınan Daun uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. "K-beauty" ilə "Youtube"da 2021-ci ildə ən çox izlənən istifadəçi olan fenomen 30 yaşında idi.
640 mindən çox izləyicisi olan Jung-Joo iki il əvvəl xərçəng olduğunu öyrənib. Ümidini heç itirməyən fenomen daim videolar çəkib yayımlayıb. Daun Lee adı ilə tanınan qız videolarında müalicə ərəfəsindən bəhs edib.
Xərçəng olmazdan əvvəl "K-Beauty" makyaj videoları yayımlayan qız hər zaman pozitiv olmağa çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31