Bu ölkə qapalı məkanlarda maska tələbini ləğv edir
İsraildə bundan əvvəl açıq məkanlar üçün aradan qaldırılan maska tələbi artıq qapalı məkanlar üçün də keçərli olacaq.
7 İyun 2021 10:44 Dünyaİsraildə bundan əvvəl açıq məkanlar üçün aradan qaldırılan maska tələbi artıq qapalı məkanlar üçün də keçərli olacaq.
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə İsrail Səhiyyə naziri Yuli Edelsteyn çıxış edib.
Yuli Edelsteyn gündəlik yoluxma sayının aşağı olmağa davam edəcəyi təqdirdə 15 iyundan etibarən qapalı məkanlarda maska taxma məcburiyyətinin tətbiq olunmayacağını bildirib.
Təxminən 9,3 milyon əhalisi olan İsrail dünyada nüfusuna görə ən çox COVID-19 əleyhinə peyvənd etdirilən ölkədir.
Peyvəndləmə sayəsində epidemiyanı idarə etməyi bacaran və COVID-19 tədbirlərinin fevral ayından etibarən yüngülləşdirildiyi İsraildə 19 apreldə açıq məkanlarda maska taxmaq məcburiyyəti qaldırılıb.
İsraildə COVID-19 peyvəndinin ilk dozası 5 milyon 455 min, ikinci dozası isə 5 milyon 137 min vətəndaşa tətbiq edilib. sfera