Trampın hesabları bu tarixədək bağlı olacaq

ABŞ-ın sabiq Prezidenti Donald Trampın feysbuk və instagram hesabları 2023-cü ilə qədər açılmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə feysbuk platforması məlumat verib. Şirkətin saytındakı paylaşıma əsasən, Tramp yalnız "ictimai təhlükəsizlik riski" azaldığı təqdirdə 7 yanvar 2023-cü ildən sonra sosial media hesablarına qayıda biləcək.

Şirkət Trampın hesablarının həmin tarixə qədər ictimai təhlükəsizlik üçün risk olub-olmadığını yenidən nəzərdən keçirəcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31