Paşinyan Putinə XƏYANƏT ETDİ: Hoteldə ABŞ səfiri ilə nə baş verib? - FOTO

Məşhur "Hrparak" nəşri Paşinyan ilə bağlı müəmmalı bir məlumat yayımlayıb.

Olaylar.az xəbər verir ki, nəşr yazır ki, Nikol Paşinyan aprel ayında Syunikə etdiyi səfər zamanı, ABŞ-ın Syunikdəki səfiri Lynn Treysi ilə gecəni eyni hoteldə keçirib.

"Meydan".  Meqridə gizli bir görüş keçirildi

Bu məqsəd ilə hotel əvvəlcədən boşaldılaraq, işçilər evlərinə göndərilib. Amma sonra məlum olub ki, onlar heç həmin hoteldə gecələyib, müzakirə aparmayıblar.

Nəşr iddia edir ki,Paşinyan və ABŞ səfiri arasında olan müzakirədə, üçüncü tərəf də olub. Məhz bu görüşdən sonra Azərbaycan silahlı qüvvələri Qara gölə gəlib post qurublar.

Hrparak-ın yazdığına görə, qonaqlar getdikdən sonra Paşinyanın işçiləri qəfil sızıntının olmaması üçün hotel kameralarındakı görüntüləri özləri ilə aparıblar.

Məlumata əsasən Rusiya tərəfi də bu görüşdən xəbərdardır və Ermənistanın arxasında ABŞ oyun oynamasından çox qəzəbləniblər. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31