Latviyada seçkilər keçiriləcək
5 İyun 2021 13:10 DünyaLatviyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, ölkə vətəndaşları altı dövlət əhəmiyyətli şəhərdə və 34 diyarda 664 millət vəkili seçəcəklər.
Seçkilərə ümumilikdə 324 namizəd siyahısı təqdim edildi və 5580 namizəd deputat mandatı uğrunda mübarizə aparacaq.
Vətəndaşlar seçkilərdə yerli vaxtla saat 07:00-dan 20:00-dək açıq olacaq özünüidarəetmə orqanlarının istənilən məntəqəsində səs verə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31