Qırğızıstan prezidentinin korteji qəzaya düşdü: Ölən var
4 İyun 2021 22:57 DünyaQırğızıstan prezidenti Sadır Japarovun korteji qəzaya düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidmət məlumat yayıb.
Məlumata əsasən, hadisə İssık-Kul ərazisində baş verib. Qəza nəticəsində prezident mühafizəsinin əməkdaşı həlak olub. S.Japarovun heç bir xəsarət almadığı bildirilib.
İnsidentə səbəb qarşıdan gələn minik avtomobilinin əks yola çıxaraq prezident mühafizəsi maşınına çırpılması olub.
Hazırda qəzanın təfərrüatları araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31