Ermənistanda son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma halı qeydə alınıb.

Olaylar.az bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223 050 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4448 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31