Tehranda neft emalı zavodunda güclü yanğın baş verib – VİDEO
2 İyun 2021 21:48 DünyaTehranda yerləşən neft emalı zavodunda güclü yanğın baş verib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə müəssisənin qəza vəziyyətində olan boru xətlərindən birində qeydə alınıb.
Yanğının baş verdiyi əraziyə çoxlu sayda yanğınsöndürmə və təcili yardım dəstələri cəlb olunub.
İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31