Erməni qadınların davası: “Azərbaycanlılar heç kimə toxunmurlar” - Video

Ermənistanın Azərbaycanla sərhəd ərazilərində əhali təşviş içində yaşayır və bu vəziyyətdə baş nazir Nikol Paşinyanı günahlandırır.

Ermənistanın Azərbaycanla sərhəd ərazilərində əhali təşviş içində yaşayır və bu vəziyyətdə baş nazir Nikol Paşinyanı günahlandırır.

Olaylar.az xəbər verir ki, "Bizim həyatımız təhlükəli hala gəlib. Paşinyan indi bu barədə düşünməlidir", - deyə yerli bazarda məhsul satan yaşlı erməni qadın şikayətlənir.

"Sən Paşinyana toxunma! O, yer üzündə ən yaxşı və ən ədalətli insandır. Azərbaycanlılar heç kimə toxunmurlar. Burada həqiqətən də belə təhlükəlidirsə, onda mən burada necə işləyirəm?"- digər satıcı Paşinyanın müdafiəsinə qalxıb və dərhal da Ermənistanın acınacaqlı durumunun əsl səbəbkarlarının adını çəkib.

Satıcının sözlərinə görə, erməni xalqının müsibətlərində Qarabağ separatçıları günahkardır.
"Hər şeydə bu Qarabağlılar günahkardır. Onlara görə həyatımız əsl cəhənnəmə çevrildi. Onlar Qarabağdan qaçdılar və bu gün İrəvanda oturublar. Bəsdir artıq! Nə qədər olar? Övladlarımız onlara görə müharibədə həlak olublar. Onlar isə burada bizdən mənzil tələb edirlər", - deyə qadın vurğulayıb. metbuat.az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31