Gürcüstanda son sutkada koronavirusdan 30 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 954 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 954 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 346 150-ə, ölənlərin sayı isə 4 834 nəfərə çatıb. Virusa yoluxanlardan 329 516 nəfərin sağaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31