Həbsdə olan müxalif məhkəmədə boğazını kəsdi - Foto
Ötən il Belarusda hökumətə qarşı keçirilən etiraz aksiyalarında həbs olunan 41 yaşlı Stefan Latipov məhkəmədə boğazını kəsməyə cəhd edib.
2 İyun 2021 11:04 DünyaÖtən il Belarusda hökumətə qarşı keçirilən etiraz aksiyalarında həbs olunan 41 yaşlı Stefan Latipov məhkəmədə boğazını kəsməyə cəhd edib.
Olaylar.az xəbər verir ki, məhkəmədə iştirak edənlərin verdiyi məlumata görə məhbus günahını etiraf etmədiyi təqdirdə ailəsi və qonşularının mühakimə olunacağı söylənildikdən sonra intihara cəhd edib.
Olayla bağlı yayımladığı kadrlarda Stefan Latipovun məhkəmə salonunda dəmir barmaqlıqlar arasındakı skamyada uzandığı, ətrafında polislərin olduğu və məhkəmə salonundakı insanların qışqırıq səsləri əks olunub.
İkinci videoda S. Latipovun təcili yardım maşınına doğru aparıldığı və köynəyində qan ləkələrinin olduğu görülür.
Məhkəmə salonunda olan dostunun dediyinə əsasən S. Latipov ayağa qalxaraq maskasını çıxarıb. O daha sonra atasına səslənərək 51 gün işgəncə kamerasında saxlandığını, ailəsinin və qonşularının da eyni işgəncələrlə təhdid olunduğunu söyləyib.
Məhbus çıxışından sonra ağzından çıxardığı naməlum vasitə ilə boğazını kəsməyə başlayıb.
Salondakı polislər əllərində doğru açarlar olmadığı üçün bir müddət məhbus qəfəsinə girməyi bacarmayıblar.
Hadisədən sonra verilən açıqlamada Stefan Latipovun xəstəxanada müalicə olunduğu və həyatı üçün hər hansı təhlükə olmadığı bildirilib.
Qeyd edək ki, o, 2020-ci ilin sentyabr ayında ölkə prezidenti Aleksandr Lukaşenkoya qarşı keçirilən nümayişlərdə həbs olunub.
Sfera.az



