İynə ilə yeridilən ƏN XIRDA ÇİP YARADILDI

ABŞ-da Tayvanın "TSMC" şirkəti Kolumbiya Universiteti ilə birgə iynə ucuna yerləşən və ölçüsü 0,1 mm-dən də az olan ən xırda çip hazırlayıb.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu mikrosxemi yalnız görüntünü dəfələrlə böyüdə bilən avadanlıq vasitəsi ilə görmək mümkündür.Ken Şepardın rəhbərliyi ilə hazırlanan çip yalnız inyeksiya vasitəsi ilə bədənə daxil edilə bilər. Onun köməyi ilə temperatur, təzyiq və şəkərin səviyyəsi kimi əsas göstəriciləri öyrənmək olar.

Bu nailiyyət tibdə bir inqilab hesab olunur və ağır əməliyyatlar zamanı əvəzolunmaz yardım göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31