İranda qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb
1 İyun 2021 15:42 DünyaBu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Dezful Hərbi Hava bazasında İran ordusuna məxsus "Northrop F 5" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində təyyarənin hər iki pilotu ölüb.
Dezful Hərbi Hava bazası İranın çevik reaksiya bazasıdır.
Qeyd edək ki, hələlik hadisə ilə əlaqədar rəsmi açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31