Gürcüstanda koronavirusa yoluxanların sayı 345 mini keçib
1 İyun 2021 16:16 DünyaGürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 233 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 345 196, ölənlərin sayı isə 4 804 nəfərə çatıb. Virusa yoluxanlardan 328 420 nəfərin sağaldığı bildirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31