Pakistanda güclü yağış 10 nəfərin ölümünə səbəb oldu
Pakistanın Şərqi Pəncab əyalətində yağan güclü yağışlar nəticəsində 10 nəəfər ölüb, üç nəfər yaralanıb.
1 İyun 2021 12:32 DünyaPakistanın Şərqi Pəncab əyalətində yağan güclü yağışlar nəticəsində 10 nəəfər ölüb, üç nəfər yaralanıb.
Olaylar.az unikal.org-a istinadən bildirir ki, Pəncabın Okara şəhərində güclü ildırım çaxması evin dam örtüyünü sıradan çıxarıb və nəticədə 4-ü uşaq olmaqla, 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bundan başqa, vilayətin digər ərazisində evin divarı aşaraq bir nəfərin ölümünə səbəb olub. Daha bir kişi isə ildırım vurması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Pakistan Meteorologiya Departamenti ölkənin müxtəlif yerlərində güclü küləklə yanaşı, şimşək çaxacağı barədə xəbərdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31