Vladimir Putin - Cozef Bayden görüşü ümidləri doğruldacaqmı?
Cozef Baydenlə Vladimir Putinin görüş tarixi yaxınlaşdıqca ona olan maraq daha da artır. Beynəlxalq müşahidəçilər çox böyük səbirsizliklə gözləyirlər bu görüşü.
1 İyun 2021 10:53 DünyaCozef Baydenlə Vladimir Putinin görüş tarixi yaxınlaşdıqca ona olan maraq daha da artır. Beynəlxalq müşahidəçilər çox böyük səbirsizliklə gözləyirlər bu görüşü. Ona görə yox ki, iki supergücün görüşündən dünyada gedən dağıdıcı proseslərin qarşısının nəhayət alınacağına ümid bəsləyirlər. Bu görüşün ciddi dəyişikliyə səbəb olacağına heç kim inanmır. Görüşü izləyənlər 15 iyundan sonra Amerika-Rusiya münasibətlərinin hansı həddə qədər pisləşəcəyinin tezliklə şahidi olmaq istəyənlərdir. Heç bir politoloq görüşün müsbət nəticələnəcəyinə proqnoz verə bilmir. Amma ümid olunur ki, iki prezident ən azından qarşılıqlı ittiham ritorikasını bir qədər yüngülləşdirəcəklər. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, Rusiya-Amerika münasibətləri bu gün inkişaf trayektoriyasının ən aşağı mərhələsindədir. Tərəflər bir-birinieşitmək istəmir qarşılıqlı təhqir leksikonu ilə danışırlar. Ultimatum, sanksiya və qarşılıqlı günahlandırma əsas dioloq vasitəsinə çevrilib: "İkitərəfli münasibətlərin, strateji sabitlik məsələlrinin, regional konfliktlərin nizamlanması yollarının müzakirə olunacağı gözlənilir. Bu iki nüvə silahına malik olan BMT Təhlükəsizlik Şurasına üzv qlobal dövlətlərin beynəlxalq təhlükəsizlik naminə müzakirə etməyiə məcbur olduqları məsələlərdir.Amma regional konfliktlər dedikdə heç də Azərbaycanla Ermənistan arasında baş verən münaqişə nəzərdə tutulmur. Regional münaqişələr çərçivəsində böyük ehtimalla Rusiya ilə Ukrayna qrasında münaqişə müzakirə ediləcək. Azərbaycanla Ermənistan arasındakı münaqişə indiki mərhələd' müzakirə edilmək üçün çox kiçik məsələ hesab oluna bilər. Digər tərəfdən, burada münaqişə artıq sona çatıb və iki ölkə sərhədində baş verən lokal qarşıdurmanın bu səviyyəli görüş mövzusuna çevrilməsi absurd hesab olunmalıdır. Qoy ermənilər eyforiyaya qapılıb hesab etsinlər ki, Bayden Putinlə onları müzakirə edəcək.
Həqiqətən Rusiya-Amerika arasında müzakirə olunacaq çoxlu məsələlr yığılıb qalıb və heç kim bu məsələlrin bir görüş vasitəsi ilə müzakirə olunacağınıgözləmir. Bəlkə heç ciddi məsələlr ortalığa qoyulmayacaq. Əsas məqsəd münasibətlərdə mövcud olan və son zamanlar daha da ciddiləşmiş inamsızlığın aradan qaldırılmasına nail olmaqdır və hər iki dövlət buna çalışacaq. ABŞ üçün çox ciddi əhəmiyyət kəsb edən Əfqanıstan məsələsinin, starteji nüvə silahı ətrafındakı məsələlrin də müzakirə olunacağı proqnozlaşdırılır. Terrorizmə qarşı birgə mübarizənin davam etdirilməsi, İranın nüvə tədqiqatları ətrafında baaş verən hadisələr ABŞ Prezidentinin müzakirəsində maraqlandığı məsələlrdir.
Türkiyə ilə münasibətlər və Türkiyənin Yaxın Şərq və Cınubi Qafqazda rolunun və fəaliyyətinin müzakirəsinin gündəliyə salınacağı haqda heç bir mənbə məlumat vermir. Həqiqətən də Rəcəp Təyyib Ərdoğanla təxminən eyni vaxtda planlaşdırılan görüş ərəfəsində Putinlə Türkiyəni müzakirə etmək Bayden və Amerika administrasiyası üçün məqsədəuyğun olmazdı".