Sarkisyan Ayvazyanı vəzifəsindən azad etdi
31 May 2021 22:26 DünyaErmənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın vəzifəsindən azad edilməsi ilə bağlı fərman verib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də istefa verdiyini açıqlamışdı. Onun ardınca isə müavini Qaqik Qalatsyan, mətbuat katibi Anna Naqdalyan da istefaya gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31