Oğurlanmış 14 tələbə xilas edildi
Nigeriyanın şimalında Kaduna ştatındakı apreldə silahlı şəxslər tərəfindən oğurlanmış 14 ali məktəb tələbəsi xilas edilib.
31 May 2021 10:44 DünyaNigeriyanın şimalında Kaduna ştatındakı apreldə silahlı şəxslər tərəfindən oğurlanmış 14 ali məktəb tələbəsi xilas edilib.
Olaylar.az xəbər verir ki, tələbələr öz ailələrinə təhvil verilib.
Silahlı şəxslər özəl "Green Field" Universitetinin 19 tələbəsini cari ilin 20 aprelində oğurlayıb. Üç gün sonra onlardan beş nəfəri ali məktəbin ətrafında ölü aşkarlanıb.
Oğrular tələbələrin azad olunması müqabilində pul tələb ediblər, ancaq ştatın qubernatoru Nasır Əhməd al-Rufai cinayətkarların tələblərinə əməl etməkdən imtina edib.
Keçən il Kaduna ştatında 937 insan silahlıların hücumlarının qurbanı olub, 1 972 nəfər oğurlanıb. teleqraf