Cənubi Koreyada atom elektrik stansiyası yandı
29 May 2021 14:53 DünyaCənubi Koreyanın Ulsan şəhərində "Sinqori-4" atom elektrik stansiyasında yanğın baş verib.
Olaylar xəbər verir ki, yanğın stansiyasının turbinlərinin birində baş verib. Bununla əlaqədar turbinin işi dayandırılıb.
Yanğının qarşısı bir saat ərzində alınıb, xəsarət alan olmayıb.
Cənubi Koreyanın Nüvə Təhlükəsiziyi Komissiyası hadisə ilə bağlı araşdırmaya başlayb. Yanğın nəticəsində radiasia sızmasının qeydə alınmadığı deyilir.
"Sinqori-4" AES-i 2019-cu ildə istifadəyə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31