Bayden: “Çin əmindir ki, 2035-ci ildə ABŞ-ı ötəcək”

Çin əmindir ki, önümüzdəki 15 ildə ABŞ-ı ötüb keçəcək.

Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Virciniya ştatında hərbçilər qarşısında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, bu, demokratiya ilə avtokratiyalar arasında bir döyüşdür: "Dünya nə qədər mürəkkəbləşirsə, demokratiyaların birləşməsi və konsensusa gəlməsi bir o qədər çətindir".

Co Bayden əlavə edib ki, Çin rəhbəri və dünya liderləri ilə daha çox vaxt keçirib: "Çin 2035-ci ilə qədər Amerikanın sahib olduqlarına sahib olacağına qətiliklə inanır. Çünki avtokratiyalar sürətli qərar verə bilir".

Bununla belə Bayden qeyd edib ki, Amerika bənzərsizdir: "Dünyanın bütün xalqları arasında biz bir fikir əsasında təşkil olunmuş yeganə millətik".

Xatırladaq ki, hazırda Konqres ABŞ-ın Çinlə rəqabət etmək üçün elm və texnologiya sektorunda daha rəqabətçi olmasını hədəfləyən qanunları müzakirə edir. teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31