Ərdoğan 27 il əvvəlki vədinə əməl etdi

İstanbuldakı Taksim meydanında təməli 4 il əvvəl prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən atıan məscidin açılışı olub.

Olaylar.az xəbər verir ki, məscidin açılışını da Ərdoğan edib. Ardınca məsciddə namaz qılınıb. Məsciddə eyni anda 2250 nəfər ibadət edə bilər.

Qeyd edək ki, Taksim meydanında məscid tikintisi ilə bağlı planı Ərdoğan 27 il əvvəl açıqlamışdı. 1994-cü ildə o, Rifah partiyasından İstanbul bələdiyyəsinin sədrliyinə namizədliyini irəli sürərkən Taksimdə məscid planının olduğunu bildirmişdi. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31