Vaksin vurdurdu, 1 milyon qazandı

Amerikanın Ohayo ştatında koronavirusa qarşı peyvənd vurduran şəxs 1 milyon dollar qazanıb.

Olaylar.az bildirir ki, Abbiqel Buqenski  adlı şəxs "Vax-a-Million" adlı lotoreyanın qalibi olub.  Cozef Kostello adlı başqa bir gənc isə, eyni təşviq proqramından dörd illik təqaüd qazanıb. 

Məlumata əsasən, yaxın 4 həftə ərzində  hər çərşənbə günü 1 milyon dollar və təqaüd sahibi olacaq daha 4 nəfər müəyyənləşdirəcək. 

Qeyd edək ki, "Vax-a-Million" adlı proqram 12 may tarixində start götürüb. Sözügedən proqram vaksinasiya prosesini sürətləndirmək üçün başladılıb. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31