Dünyada bir ilk: Təyyarədə toy etdilər/ VİDEO

Hindistanın Madurai şəhərində yaşayan bir cütlük "Covid-19" məhdudiyyətləri səbəbindən təyyarədə toy edib.

Olaylar.az xəbər verir ki, cütlük kirayəyə götürdükləri sərnişin təyyarəsində toy ediblər. Madurai-Bangalore şəhərinə gedən təyyarədə təşkil olunan toya 161 nəfər qatılıb. İki saat davam edən toyda sosial məsafə və maska qaydasına əməl olunmayıb.

Qeyd edək ki, Hindistanda koronavirusdan vəfat edənlərin sayı 300 mini keçib.

Son sutkada 4 min 455 nəfər virusdan vəfat edib, 222 min 315 nəfər virusa yoluxub. Ümuilikdə yoluxma sayı 26 milyon 752 min 447. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31