İsrail siyasətini dəyişib - Ciddi proseslər baş verir
25 May 2021 10:42 Dünya"İsrail ABŞ-dan yarım əsrdir davam edən asılılığından yavaş-yavaş azad olmaq mərhələsinə gəldi".
Olaylar.az xəbər verir ki, "New York Times" qəzetində nəşr olunan məqalədə belə deyilir. "İsrailin ABŞ-dan asılılığı azaldıqca ABŞ-ın təsir gücü də azalır" adlı məqalədə qeyd edilir ki,Təl-Əviv Fələstinə qarşı yürütdüyü siyasət səbəbilə ətrafındakı düşmənlərə qarşı 50 ildir Vaşinqtonun hərbi və diplomatik dəstəyinə ehtiyac duyurdu. Lakin bu asılılıq artıq sona çatmaq üzrədir:
"İsrail hələ də ABŞ-ın imkanlarından böyük ölçüdə istifadə edərkən, politoloqlar İsrailin səssizcə ABŞ-dan müstəqil muxtariyyət yaratdığını və hətta bunun artıq reallaşdığını deyirlər. İsrailin artıq sülh əldə etdiyi qonşu ölkələrdən qorunmaq üçün ABŞ-ın zəmanətinə ehtiyac yoxdur". metbuat.az