Türkiyə ilə sərhəddə dəhşətli terror törədildi - ÖLƏNLƏR VAR

Suriyanın şimalında - Türkiyə ilə sərhəddə yerləşən Cerablus şəhərində terror aktı törədilib.

Olaylar.az xəbər verir ki, minalanmış motosikletin partladılması nəticəsində azı 3 nəfər həlak olub. Hadisəni PKK terror təşkilatının Suryadakı qanadı YPG tərəfindən törədildiyi güman edilir.

Hüquq-mühafizə orqanları terror aktı ilə bağlı təhqiqata başlayıblar.

Qeyd edək ki, Cerablus Türkiyə Hərbi Qüvvələrinin "Fərat qalxanı" əməliyyatı nəticəsində terrorçulardan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31