İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin səs yazısı: Təsadüfi, yoxsa məqsədyönlü sızma
25 May 2021 10:08 Dünya Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Cozef Baydenin təşəbbüsü ilə başlanmış İran -Amerika danışıqlarının keçirildiyi bir vaxtda İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin mətbuata sızmış səs yazısı sensasiya kimi qiymətləndirilə bilər. Burada Zərif Rusiyanı 2015-ci ildə P5+1 ölkələri ilə İran arasında bağlanan nüvə sazişinə Rusiyanın mane olmaq cəhdləri haqqında məlumat verir. Deməli, Rusiya bu vaxta qədər iddia etdiyi kimi İranın nüvə probleminin dinc yolla həll edilməsinin tərəfdarı deyil, regionda bu sahədə gərginliyin daha da artırılmasının tərəfdarı imiş. Məhəmməd Cavad Zərif kimi dünyaca şöhrətli və bacarıqlı bir diplomatın söylədiklərinə inanmamaq düzgün olmazdı. Elə isə Rusiya həqiqətənmi, nüvə sahəsində bağlanmış müqaviləyə qarşı çıxmaqla İrana qarşı Amerika və İsraillə eyni sırada dayanır? Yaxud Rusiyanın bu müqaviləyə qarşı çıxmasının motivləri nədir?
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp, İsrail dövləti və bu cütlüyün Yaxın və Orta Şərq üzrə müttəfiqlərinin İranla bağlanan nüvə sazişinə qarşı çıxmasının səbəbləri məlumdur. Onlar hesab edirlər ki, nüvə sazişinin imzalanması İranın nüvə sahəsidəki tədqiqatlarının qısa müddətə ara verməsi ilə nəticələnəcək. Nüvə sahəsində tədqiqatların dayandırılması İran iqtisadiyyatında və hərbi sənayesinin digər sahələrində ciddi uğur qazanmaq üçün şərait yaratdı. İnsansız uçuş aparatları, yaxın, uzaq mənzilli ballistik raketlər sahəsində əldə olunan son nailiyyətlər bu dövlətlərin narahatçılığına səbəb yaradan amillərdəndir. Sanksiyaların aradan qaldırılması eyni zamanda İran tərəfindən Amerika və İsrailin regiondakı nüfuz dairəsinə daha ciddi müdaxiləyə gətirib çıxardı. Bir sözlə Tramp dönəmindəki Amerika İsraillə birlikdə İran iqtisadiyyatı və hərbi sənayesinin inkişafının qarşısını alan bir formula tapmaq istəyirdilər. Onlar bunu Amerikanın qeyd olunan Birgə Hərtətərəfli Fəaliyyət Planından (JCPOA ) çıxmaq və sanksiyaları yeni qüvvə ilə tətbiq etməkdə görürdülər. Heç də təsadüfi deyil ki, Amerikanın o dönəmdəki Dövlət Katibinin İrana qarşı irəli sürdüyü tələblər içərisində vur - tut üç tələb nüvə məsələsi ilə bağlı idi. Qalan tələblər hamısı müxtəlif sahələri əhatə edirdi və bu tələblərin iran tərəfindən yerinə yetirilməsi onun regionun ən zəif ölkəsi səviyyəsinə gətirib çıxara bilərdi. İran bu tələblərə razılıq verə bilməzdi və vermədi də.
Bəs Məhəmməd Cavad Zərifin dedikləri fonunda Rusiyanın bu müqavilənin imzalanmasına qarşı çıxmaq səbəbi nə ola bilərdi?
Məlum olduğu kimi Rusiya şirkətləri İran nüvə proqramı ilə ciddi surətdə bağlıdır və nüvə müqaviləsi tədqiqatların dayandırılması ilə nəticələnəcəkdi. Rusiya şirkətləri İrandan asılı olmayan səbəblər üzündən ölkədən çıxarılacaq , milyardlarla dollarlıq müqaviləyə xitam veriləcəkdi.
Digər səbəb kimi, sanksiyalardan azad olanİran iqtisadiyyatının qısa müddətdə inkişaf edərək Rusiyadan asılılqdan qurtarmasını göstərmək olar. Rusiya güclü iqtisadiyyata malik İrandan xammal bazası kimi istifadə edə bilməyəcəkdi.
İran inkişaf etdikcə onun qonşu ölkələrdə-Suriya, İraq. Liviya, Livan, Əfqanistanda fəaliyyəti güclənəcək və Rusiya qarşısında daha güclü müttəfiq kimi təmsil olunacaqdı
Nüvə sazişinin imzalanması İranın neft və qaz sənayresini daha da inkişaf etdirəcək və Rusiyanın bu bazarda yerini daha da sıxışdıracaqdır.
Müqavilə iranın Qərblə münasibətlərinin inkişaf etdirilməsinə səbəb olacaq və bu sahədə Rusiyanın nüfuzunu aşağı salacaqdı.
Bu siyahıya ikinci və üçüncü dərəcəli digər məsələləri də əlavə etmək olar. Lakin bununla Zərifin açıqladıqlarının əhəmiyyəti dəyişmir. Əsas məsələ ondadır ki, İran-Rusiya münasibətləri beynəlxalq münasibətlərdə hesab olunduğu kim heç də hamar deyil.
Rusiya tərəfi bütün vasitələrlə Məhəmməd Cavad Zərifin iddialrının həqiqətdə uzaq olduğunu sübut etməyə çalışır və əksini bəyan edirlər. Çünki bu iddia onların həm də Trampla yaxın olduğunu sübut edən bir iddiadır. Bu iddia doğrularsa Ruslara qarşı İranın və region ölkələrinin etibarı azalacaq və bu qədər həlledici bir zamanda Rusiya etibarlı dayaqlarını itirəcək.
Bəs nədən Zərif bu iddianı indi, daışıqların yenicə başladığı bir zamanda irəli atır?
Heç şübhəsiz, qarşıda duran İran-Amerika danışıqlarının necə çətin keçəcəyini başa düşən Zərif Rusiyanı neytrallaşdırmaqla danışıqlarda iştirak edən İran tərəfinin vəziyyətini yüngülləşdirmək istəyir. Eyni zamanda qarşılıqlı münasibətlərdə Rusiyanın heç də özünü təqdim etdiyi kimi məsum olmadığını diqqətə çatdırır.
İstənilən halda Zərif tərəfindən irəli atılan bu iddianın hədəfə çatması haqda heç bir şübhə olmaya bilər.
Əlimusa İbrahimov.
Politoloq