Lotoreyadan udduğu pulu estetik əməliyyatlara və narkotikə xərclədi - Sosial yardım istəyir

İngiltərənin ən gənc lotoreya qalibi Kalli Roqers pulsuz qalıb.

Olaylar.az bildirir ki, 16 yaşında 1 milyon 800 min sterlinq qazanan qadın pulun 11 min 500 sterliqini sinə əməliyyatına, 300 minini geyim, makiyaj və tattolarına, 85 minini maşınlara və yarım milyonunu isə narkotik vasitələrə xərcləyib.

Bununla yanaşı, gənc qadın səyahətə, keçmiş sevgilisinə verdiyi hədiyyələrə, dostları, ailəsi üçün kreditlərə də qazandığı puldan istifadə edib. Məlumata görə, Kalli pulun çoxunu boş yerə israf etsə də, 76 min sterliqə ev ala bilib. 2003-cü ildə bankda sadəcə 2 min sterliqi qalan ingiltərəli qadın intihara da cəhd edib.

"Gənc yaşımda bu qədər pul qazandım. Həyatın dəyişməyəcəyini desələr də, bu belə olur və çox zaman pis istiqamətdə dəyişir", - deyə Kalli qeyd edib.

Hazırda 33 yaşı olan qadın sosial şəbəkə hesabında izləyiciləri şoka salan dəyişimini də paylaşıb. Əvvəllər uzun, qara saçları ilə diqqət çəkən 4 uşaq anası indi tatuları, saç rəngi və yeni imici ilə tanınmaz hala düşüb. 18 ildən sonra sosial yardımlara möhtac olduğunu etiraf edən Kalli hazırda pulsuz qaldığını deyib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31