“Məğlubiyyətdə təkcə Paşinyan günahkar deyil” - Ter-Petrosyan
24 May 2021 13:18 Dünya44 günlük Qarabağ müharibəsində məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır.
Olaylar.az-ın məlumatına görə, bunu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
O, bu məğlubiyyətdə hazırkı hökumət başçısının sələflərini də təqsirləndirib.
L.Ter-Petrosyan bildirib ki, N.Paşinyanı ititham edənlər həqiqətin hamısının səsləndirmir:
"1997-ci ildən başlayaraq Ermənistandakı bütün siyasi qüvvələr Qarabağda status-kvonun saxlanması və bütün kompromislərdən imtina siyasətini yürütdülər, nəticədə ölkəni bugünkü faciəyə gətirib çıxardılar. İndi isə bütün bunlarda Paşinyanı günahlandırırlar. Ermənistan hakimiyyətinin cinayətkar siyasəti sayəsində ordu özünü qat-qat üstələyən qüvvəyə qarşı mübarizə apardı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31