Ermənistan ordusunun Baş Qərargah rəisinə yeni müavin təyin edildi
24 May 2021 11:54 DünyaErmənstanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan general-mayor Edvard Asryanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edib.
Olaylar.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan prezidentinin saytında yerləşdirilib.
Bildirilib ki, Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təklifi ilə uyğun sərəncamı imzalayıb.
General-mayor Edvard Asryan bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31