Məşhur müğənninin dəhşətli anları: Xəyanət edərkən qapının zəngi çalındı - Eyvandan qaçmağa çalışarkən... FOTO
20 May 2021 12:59 DünyaBraziliyanın məşhur müğənnisi Kevin Buenonun ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Olaylar.az xəbər verir ki, 23 yaşlı müğənni 7-ci mərtəbənin eyvanından 6-cı mərtəbənin eyvanına keçmək istəyərkən yerə düşüb. Bildirilir ki, yeni evlənən sənətçi oteldə başqa qadınlarla əylənərkən həyat yoldaşı ona dəfələrlə zəng edib. Lakin müğənni cavab verməyib.
Bir müddət sonra isə qapının zəngi çalınıb. Sənətçi həyat yoldaşının gəldiyini güman edərək, eyvandan qaçmağa çalışıb. Nəticədə faciə qaçılmaz olub. Məlumata görə, qapının zəngini basan həyat yoldaşı yox dostu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

