SENSASİON AÇIQLAMA: "Nikol yeni bəyanat imzalayır, 30 iyuna qədər..."

"Nikol Paşinyan Ermənistan üçün fəlakətli nəticələrə səbəb olan yeni bəyanat imzalayır".

Olaylar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan çıxış edib.

Eks səfir deyib ki, dünən gecə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq yeni sənədin hazırlanması işi tamamlanıb:

1. Yeni komissiya yaradılacaq. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin yeni və son demarkasiyası üçün oyun qaydalarını təsbit edəcək;

2. Demarkasiya üç prinsipə əsaslanacaq: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq, o dövrdəki real mənzərə. Bu prinsipin Ermənistan üçün çox xoşagəlməz nəticələri olacaq, çünki prinsip tətbiq olunduğu təqdirdə Azərbaycanın oynayacağı açıqdır;

4. Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq;

Nikol bu üç istəyinin qarşılığında razılığa gəlib:

• Seçkilərdən əvvəl Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxaracaq;

• Ən azı bir neçə məhbusu geri qaytaracaq;

• Diplomatik lüğətə görə, Tavuşdakı 5 kəndin təhvili ilə bağlı seçki sonuna qədər dirəniş göstəriləcək, - deyə Minasyan əlavə edib. 

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31