Arvadının xəyanət üstündə tutduğu müğənni özünü eyvandan atdı

Braziliyalı musiqiçi MC Kevin arvadını aldatdığı otel otağından qaçmaq istəyərkən eyvandan yıxılıb.

Olaylar.az Axşam.az-a istinadən xəbər verir ki, əsl adı Kevin Nascimento Bueno olan 23 yaşlı musiqiçi dünyasını dəyişib.

Yeni evlənən ifaçı sevgilisi ilə otelə gedib. Onun xəyanətindən arvadı xəbər tutub. Otaqda olan zamanı kimsə qapını açmağa çalışıb, Kevin arvadının gəldiyini düşünüb. O, eyvana qaçıb gizlənmək istəyib.

Sənətçi aşağı mərtəbədəki eyvana düşməyə çalışıb. Onun bu cəhdi faciə ilə sonlanıb. Yıxılan Kevin yerindəcə can verib. Beşinci mərtəbədən düşən müğənnini xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31