“Avroviziya”nın favorit qrupunda koronavirus aşkarlandı - VİDEO
19 May 2021 15:36 Dünya"Avroviziya-2021" mahnı müsabiqəsinin favoritlərindən olan İslandiya bu gün və sabah keçiriləcək məşqlərdə iştirak etməyəcək.
Olaylar.az xəbər verir ki, buna səbəb təmsilçi "Daði og Gagnamagnið" qrupunun bir üzvünün koronavirusa yoluxması olub.
Bu barədə ölkənin RUV dövlət kanalı məlumat yayıb. Qeyd olunub ki, qrupun digər üzvləri karantinə alınacaq və məşqlərdə iştirak etməyəcək.
İslandiyanın ikinci yarımfinalda yer alıb-almayacağı isə solist və digərlərinin verdiyi test nəticələrindən sonra müəyyənləşəcək.
Xatırladaq ki, İslandiya bukmeykerler proqnozuna əsasən, top 5-likdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31