Sergey Lavrov ABŞ dövlət katibi ilə görüşəcək
19 May 2021 11:16 DünyaRisiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken mayın 19-da Reykyavikdə görüşəcəklər.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays RİA "Novosti" yə məlumat verib.
"Dövlət katibi Blinken Rusiya Xarici İşlər Naziri Lavrovla bu gün axşam (mayın 19-da) Arktik Şura məkanında görüşmək imkanı qazanacaq. İkitərəfli görüş axşamkı son Arktik şuranın sonuncu tədbirindən
sonra,axşam saatlarında baş tutacaq" deyə Prays bildirib.
"Xarici işlər nazirliklərinin rəhbərləri arasındakı söhbət tərəflərin daha sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmağa qadir olub olmamasını anlamağa imkan verəcək",- deyə agentliyin həmsöhbəti fikrini tamamlayıb. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31