Kolumbiyada mağazada partlayış baş verib, 8 nəfər yaralanıb

Kolumbiyanın Buenaventura şəhərində mağazada partlayış baş verib.

Trend-in "Caracol" radiostansiyasına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Partlayışın səbəbi məlum deyil, insidentlə əlaqədar araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31