Qəzza zolağından İsrail ərazisinə münaqişənin əvvəlindən 3,7 minə yaxın raket atılıb
19 May 2021 10:45 DünyaMayın 10-dan Qəzza zolağından İsrail ərazisinə 3,7 minə yaxın raket atılıb.
Məlumata əsasən, 540 raket Qəzza zolağının öz ərazisinə düşüb, digər raketlərin 90 faizi isə "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri ilə vurulub.
Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb. Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31