BU DA OLDU: Koronavirus tələbəni "AĞACA DIRMAŞDIRDI" - FOTO
18 May 2021 14:06 DünyaHindistanın Telinqana ştatının Nalqonda şəhərinin 18 yaşlı sakini Şiva koronavirusa yoluxduqdan sonra özünü təcrid etmək üçün 11 gün ağacın başında yaşayıb.
Olaylar.az xəbər verir ki, bu barədə İndia.com yazır.
Belə ki, mayın 4-də virusa tutulduğunu öyrənən Şiva həyətlərində olan ağacın budaqlarında özünə yataq düzəldib və ailəsini yoluxdurmamaq üçün burada qalmaq qərarına gəlib.
Tələbə vaxtının çoxunu telefonla danışaraq keçirir, yemək və digər lazımi əşyaları ona özünün qurduğu xüsusi vasitə ilə yuxarı göndərirlər.
Şiva Hindistanın Heydərabad şəhərindəki universitetdə oxuyur və burada koronavirus xəstələrinin sayı kəskin artdığı üçün bir ay öncə evinə qayıdıb.
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31