Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – Narışkindən açıqlama

"Avropa İttifaqı rəhbərliyi Rusiyaya qarşı yeni  sanksiyalar hazırlayır . Söhbət  Moskvanın xaricdə peyvənd əleyhinə hərəkat alvolandırdığına dair  böhtan xarakterli  ittihamlardan gedir".

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xəbərdarlıq edib.

"Həyasızlıq və riyakarlıq həqiqətən sərhəd bilmir",- deyə o,  AB-nin Rusiya Federasiyasına qarşı yeni kampaniyasına dair məlumatları şərh edərkən söyləyib.
Xarici Kəşfiyyat Xidmətinin  rəhbəri qeyd edib ki, Avropada vaksinasiya kampaniyasını əngəlləyən başlıca qüvvə avropalı məmurlarıdır. "Avropa Dərman Agentliyi, yüksək rütbəli Aİ məmurlarının qeyri-rəsmi təlimatlarını yerinə yetirərək, Rusiya peyvəndlərinin sertifikatlaşdırılmasına maneə törətməyə davam edir",- deyə Narışkin bildirib.
 
Narışkin vurğulayıb ki,  Rusiya tərəfi Avropa xalqlarının  koronavirusa qarşı peyvənd olunmasında, eləcə də  öz effektivliyini sübut etmiş "Sputnik V" preparatının geniş tətbiqində maraqlıdır. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31