Qəzzadan atılan 1 raketin məhvi İsrail üçün görün neçəyə başa gəlir - ŞOK RƏQƏMLƏR
17 May 2021 11:12 DünyaQəzza zolağından atılan raketlərin hər birinin məhvi İsrail üçün 50-100 min dollara başa gəlir.
Olaylar.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb. Məlumata görə, "Dəmir Qübbə"nin yaxın mənzilli raketləri məhv etməsi nisbətən ucuz, uzaq mənzilli raketləri məhv etməsi isə baha başa gəlir.
Qəzzadan atılan raketlərin qiymətinə gəlincə, yaxın mənzilli raketlərin istehsalı 300-800 dollara başa gəlir. Uzaq mənzilli raketlərin istehsalı isə 1000-2500 dollar arasında dəyişir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31