Çexiya Moskvadakı səfirliyindən 90 rusu işdən çıxarır
16 May 2021 15:02 DünyaÇexiyanın Moskvadakı səfirliyindən mayın sonuna qədər 90 rusiyalı işçi işdən azad ediləcək.
Olaylar.az xəbər verir ki, bu məlumatı Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka Rusiya mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan sonra səfirlikdə cəmi 19 yerli işçi fəaliyyət göstərəcək.
O, Çexiyanın Rusiyaya dost olmayan ölkələr siyahısına əlavə edilməsindən sonra diplomatik korpusun necə işləyəcəyinə cavab verməkdə çətinlik çəkib.
Səfir Moskvanın Çexiyaya ölkənin bu siyahıya əlavə edilməsinin səfirlik və baş konsulluğun işləri üçün perspektivdə nə anlama gələcəyini izah etməli olduğunu bildirib. axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31