Gürcüstanda koronavirusa yoluxanların sayı 330 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 969 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı330 375, ölənlərin sayı isə 4 442 nəfərə çatıb.

Virusa yoluxanlardan 308 821 nəfərin sağaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31