Məşhur jurnalist vəfat edib - 11 yaşında Obamadan müsahibə almışdı
16 May 2021 11:12 Dünya11 yaşında ABŞ Prezidenti Barak Obamadan müsahibə götürən Daymon Uiver 23 yaşında dünyasını dəyişib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə mərhum jurnalistin bacısı bildirib.
O bildirib ki, Uiver mayın 1-də öz əcəli ilə vəfat edib: "Uiver sinif şagirdi olarkən 2009-cu ilin avqust ayında Obama ilə görüşdü və ondan reportaj aldı. Müsahibə təxminən 10 dəqiqə davam etdi. Bu müddətdə o, prezidentə əsasən məktəb və təhsillə bağlı 12 sual Verdi".
Qeyd edək ki, Daymon Uiver yaşının az olmasına baxmayaraq, məşhur şəxsiyyətlərlə reportajları ilə məşhur idi. Uiver o zaman vitse-prezident Co Baydendən, həmçinin məşhur televiziya aparıcısı Oproy Uinfri və basketbolçu Dueyn Ueydomdan da müsahibə götürmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31