Arvadından boşanan Bill Qeyts 3 milyard itirdi

"Microsoft" şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.

Melindaya məxsus "Deere & Co" şirkətinə Bill Qeytsə aid "Cascade Investment" şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.

Xatırladaq ki, "Deere & Co" kənd təsərrüfatı texnikaları istehsal edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31