Bəzi məhdudiyyətlər ləğv edildi
14 May 2021 13:43 DünyaGürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər bu gündən ləğv olunub.
Bu gündən ölkədə məktəblər və uşaq bağçaları öz fəaliyyətlərini bərpa ediblər.
Bundan başqa, daxili ictimai nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər də ləğv edilib.
Ölkənin bir sıra dövlət əhəmiyyətli idarələrində elan edilən tətil də bu gün bitib və fəaliyyətlər bərpa olunub. Lakin keçən il noyabrın 28-dən tətbiq olunan "komendant saatı" qüvvədə qalır.
Hökumət rəsmiləri "komendant saatı"nın mayın sonunda yüngülləşdirilə biləcəyini istisna etmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31