ŞİDDƏTLİ BOMBARDMAN yaşanır: 5 dəqiqədə 137 raket atıldı
11 May 2021 16:35 DünyaHəmas təşkilatının İsrailə atdığı raketlərdən bə ziləri "Dəmir qübbə" müdafiə sistemlərini aşaraq Aşdod və Aşkelon şəhərlərinə düşüb.
Anadolu agentliyi xəbər verir ki, "Qassam Tuğayları" 5 dəqiqə ərzində İsrail istiqamətində 137 mərmi atıb. Fəsadlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Əl-Əqsa məscidində yaşanan gərginlik toqquşmalara çevrilib. Qəzzadan İsrailə atılan raket zərbələrinə Təl-Əviv cavab verib. İsrail qırıcılarının Qəzza zolağını bombalaması nəticəsində 26 dinc insan həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31