Evin eyvanı çöküb, 9 nəfər xəsarət alıb - ANBAAN VİDEO
10 May 2021 10:33 DünyaABŞ-ın Kaliforniya ştatında evin eyvanının çökməsi nəticəsində 9 nəfər xəsarət alıb.
Olaylar.az bildirir ki, hadisə Malibu çimərliyindəki evdə qeydə alınıb. Təşkil olunan qonaqlıq zamanı evin eyvanına çoxlu sayda şəxs çıxıb. Nəticədə eyvan çöküb və insanlar təxminən 5 metr yüksəklikdən aşağı düşüblər.
Yaralanan 9 nəfərdən ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31